"Monetri" BOKT 3 milyon manatlıq istiqraz buraxır
"Monetri" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 3 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Far.Az" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "İnno Kapital İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Xatırladaq ki, "Monetri" 2013-cü ildən fəaliyyət göstərən "PSG Finans" BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla "Practical Solutions Middle East FZ" şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və "Chaparxana KFT" şirkətidir.
Oxşar xəbərlər
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
"Xalq Bank" 5 milyon manatlıq istiqraz buraxır
"AFB Bank" 5 milyon manatlıq istiqraz buraxır
"Prior Leasing" 2 milyon manatlıq istiqraz buraxır
"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













