Günel Bədəlova: "Aleksandr Plyuşenkonun Azərbaycan adından debütü pis alınmadı"
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan adından debüt etməsinə münasibət bildirib.
Federasiya rəsmisi "Far.Az"a açıqlamasında idmançının Türkiyənin paytaxtı Ankarada yeniyetmələr arasında təşkil olunan Qran-pridə iştirakı ilə bağlı fikirlərini bölüşüb.
G.Bədəlova Aleksandr Plyuşenkonun karyerasında ilk çıxışı olduğunu xatırladıb:
"Bu, onun karyerasında ilk çıxışı idi. İştirakçılar arasında da ən azyaşlı bizim təmsilçimiz idi. Düşünürük ki, ilk çıxış üçün pis nəticə deyil. Təbii ki, qarşıdakı turnirlərdə texnikası da təkmilləşəcək, ondan daha yüksək nəticələr gözləyirik".
Xatırladaq ki, Azərbaycanı ilk dəfə təmsil edən Aleksandr Plyuşenko debüt çıxışında qısa və sərbəst proqram üzrə buz üstünə çıxaraq 33 idmançı arasında 171,65 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada keçirilən Qran-pri yarışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













