Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib
Far.Az xəbər saytı

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri, jurnalist Osman Arslan həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, "Ergenekon işi"ndə həbsdə olduğu müddətdə, 2011-ci ildə Silivridəki həbsxanada həyatını itirən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı dosye genişlənir.

İstintaq çərçivəsində son olaraq İstanbul və Təkirdağda 4 şübhəliyə qarşı əməliyyat keçirilib. Əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri Ömer Vatan və o dövrün növbə rəisi Kazım Beyke saxlanılıb.

Təcili yardım sürücüsü mövcud dəlil vəziyyəti nəzərə alınaraq polis idarəsindəki ifadəsindən sonra sərbəst buraxılıb. Saxlanılan Osman Arslan, Ömer Vatan və Kazım Beyke bu gün prokurorluğa göndərilib.

Osman Arslan həbs edilib, digər şübhəlilər barəsində isə ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti qərarı verilib.

Oxşar xəbərlər

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dünən restoranda həyatını itirən Cavidan Muradlı dəfn olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər