Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin "Trabzonspor" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.
İnsident martın 27-də Uilmslou şəhərində baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, radarlar sürət həddinin aşılması faktını qeydə alarkən Salah "Rolls-Royce" avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyib.
Hücumçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.
"Liverpul"un sabiq futbolçusu yol hərəkəti qaydalarını klubdan ayrıldığını elan etdikdən bir neçə gün sonra pozub.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi "Trabzonspor"a transfer olunub.
Oxşar xəbərlər
Rolls Royce Motor Cars Baku iki yeni Rolls-Royce modelini Tbilisidə təqdim etdi
Rolls-Royce Motor Cars Baku Ghost II Seriyanın debütünü qeyd edir
Rolls-Royce-un Özbəkistanda Təntənəli Debütü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Cəlilabadda açıq ərazi yanır
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb













