"Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər
Böyük Britaniya yaxın vaxtlarda Yəmən husilərinə qarşı mübarizə aparmaq üçün Səudiyyə Ərəbistanına hərbi yardım göstərə bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Britaniyanın Baş naziri Endi Börnhem müdafiə yardımı göstərməyi getdikcə daha çox istəyir. London həmçinin digər ölkələri də eyni cür hərəkət etməyə inandırmağa çalışacaq", - məqalədə bildirilib.
Agentliyin məlumatına görə, Böyük Britaniya havada yanacaq doldurma məsələsində Səudiyyə Ərəbistanına kömək edə bilər.
Mənbələrdən biri qeyd edib ki, Londonun fikrincə, husilərə qarşı müqavimət regionda vəziyyəti sabitləşdirməyə və Bab-əl-Məndəb boğazında gəmiçilik üçün təhlükəni azaltmağa kömək edər.
Daha əvvəl "Bloomberg" bildirib ki, Ər-Riyadın sorğusuna cavab olaraq Börnhem krallığa hərbi məsləhətçilər ezam etməyə razılaşıb, lakin başqa hərbi yardımla bağlı öhdəlik götürməyib.
Həmçinin Ər-Riyad dəfələrlə ABŞ-dən kömək istəyib, lakin Vaşinqton yalnız kəşfiyyat məlumatlarını vermək vədi ilə kifayətlənib. Bununla yanaşı, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd "F-35" qırıcı-bombardmançı təyyarəsi tədarük etmək planları barədə konqresi məlumatlandırıb.
Oxşar xəbərlər
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













