Bayden administrasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin bölüşdürülməsini sürətləndirəcək
Far.Az xəbər saytı

Bayden administrasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin bölüşdürülməsini sürətləndirəcək


ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Donald Trampın iqtidara gəlməsindən öncə iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün sərəncamında qalan bütün vəsaitləri bölüşdürməyi planlaşdırır.

“Far.Az” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin ekoinnovasiya və yaşıl enerjinin tətbiqi üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən COP29 iqlim sammitində bu vəsaitlərin bölüşdürülməsindən danışarkən jurnalistlərə bildirib.

“Hələ çox işimiz var və düşünürəm ki, hər şeyi həll etmək üçün 72 günümüz var”, – ABŞ təmsilçisi qeyd edib.

Onun sözlərinə görə, Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir. Bu qanun, digər məsələlərlə yanaşı, federal hakimiyyət orqanları tərəfindən ştatlara iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin ayrılmasını nəzərdə tutur.

Eyni zamanda, CNN nəql edib ki, bu pulların əsas hissəsi artıq xərclənib. Telekanalın hesablamalarına görə, Bayden administrasiyası əvvəllər İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində iqlim üçün bütün vəsaitlərin təxminən 103 milyard dollar və ya 92 %-ni artıq bölüşdürüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH  
Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Con Podesta: ABŞ iqlim maliyyələşməsi məqsədlərinə nail olmaq öhdəliyinə sadiqdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər