"ABC-Telecom"un və "Tam Store"un reklam qanunvericiliyini pozduğu üzə çıxıb
Far.Az xəbər saytı

"ABC-Telecom"un və "Tam Store"un reklam qanunvericiliyini pozduğu üzə çıxıb


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozan "ABC-Telecom" ("Kontakt Home" mağazalar şəbəkəsinin sahibi) və "Tam Store" MMC-lər barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Bu barədə "Far.Az"a Agentlikdən bildirilib.

Məlumata görə, protokollar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi, habelə reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin reklam olunması faktları üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi əsasında tərtib olunub.

Belə ki, "ABC-Telecom"un "Reklam haqqında" qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu, "Tam Store"un isə həmin qanunun 4.2-ci, 7.1.2-ci və 7.1.4-cü maddələrinin müddəalarına əməl etmədiyi üzə çıxıb.

428.10-cu maddə reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, həmçinin reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər