İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
Azərbaycanda istehsalçılar özləri ətraf mühitə təsirin qiymətləndirilməsi prosesini müəyyən edəcəklər.
"Far.Az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif edilən dəyişiklikdə qeyd edilib.
Sənədə əsasən, istehsalat sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin ətraf mühit və sosial təsirlərə dair məlumatların açıqlığının artırılmasına, ətraf mühit mühafizəsi sahəsində nəzarət mexanizmlərinin gücləndirilməsinə və ictimaiyyətin bu proseslər barədə daha dolğun məlumatlar əldə etməsinə şərait yaradılır.
Ətraf mühitə təsiri olan fəaliyyəti həyata keçirilən hər bir müəssisə, istehsal müəssisəsi məsuliyyət daşıyacaq. Ölçü cihazlarının doğru olmasına dövlət orqanları nəzarət edəcək. Vətəndaşlar yalnız ildə bir dəfə hesabat verəcəklər.
Bu qanun layihəsinə əsasən, monitorinqin nəticələri üzrə illik hesabat hazırlanmalı, növbəti ilin fevral ayının 1-dək aidiyyəti orqana təqdim edilməlidir. Fəaliyyət göstərən müəssisələrin ətraf mühitə təsiri barədə məlumatların sistemli şəkildə toplanması, təhlil edilməsi və dövlət nəzarəti üçün istifadə olunması mümkün olacaq.
Qanun layihəsi ilə istehsalat monitorinqindən istifadə olunan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, onların müvafiq yoxlamadan keçirilməsi ilə bağlı tələblər müəyyən olunacaq.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb













