Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB
Far.Az xəbər saytı

Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB


Azərbaycandan Fransaya saxta pasportla getmək istəyən əcnəbi saxlanılıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı aeroportunda baş verib. Mərakeş Krallığının vətəndaşı Ərraziqi Əl Hüseyn qeyri-qanuni şəkildə Fransaya getmək üçün saxta pasport əldə edib, Türkiyədən Azərbaycana, buradan isə Fransaya yollanmaq qərarına gəlib.

O, bir neçə gün Bakıda qaldıqdan sonra Fransaya getmək üçün bilet alıb və yenidən hava limanına gəlib. Nəzarət-Buraxılış Məntəqəsində yoxlanış zamanı onun saxta sənədlə xaricə getmək istədiyi aşkarlanıb və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ərraziqi Əl Hüseyn barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Ərraziqi Əl Hüseyn 7 ay azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN Qəbələ aeroportunda təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər