Ərdoğan ilə Quterreş qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Far.Az xəbər saytı

Ərdoğan ilə Quterreş qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində təşkilatın baş katibi Antonio Quterreş ilə görüşüb.

"Report" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə regional və qlobal məsələlər müzakirə olunub.

"Prezidentimiz, səlahiyyət müddətinin sonuna yaxınlaşan Baş katib Quterreş ilə qlobal sülh və təhlükəsizliyi maraqlandıran bir çox məsələdə yaxından işlədiklərini ifadə edib", - məlumatda bildirilib.

Ərdoğan İsrailin Qəzzada sülh istəmədiyinin, İordan çayının Qərb sahilindəki məskunlaşanların və Qüdsdəki müqəddəs məkanlara edilən hücumların vəziyyəti daha da pisləşdirdiyini, iki dövlətli həll prinsipinin qorunmasının vacibliyini bildirib.

O, İran və Ukraynada gərginliyin azaldılmalı olduğunu, Türkiyə olaraq diplomatik prosesə sadiq qalınması üçün səy göstərildiyini, Hörmüz məsələsində regionun daxilindən yaranacaq dialoqun fayda verə biləcəyini ifadə edib.

Qara dənizdə naviqasiya təhlükəsizliyi üçün tərəflərdən məsuliyyətli mövqe nümayişi də qabardılıb. Həmçinin görüşdə Kipr məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər