Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Far.Az xəbər saytı

Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb


Cənubi Qafqazda regional əməkdaşlıq üçün daha geniş imkanlar yaranıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bu ölkənin Baş naziri İrakli Kobaxidze bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda keçirilən "Çoxtərəfli Tərəfdaşlıq Sammiti"ndə deyib.

İ. Kobaxidze beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli üçün çoxtərəfli tərəfdaşlığın əhəmiyyətindən danışıb.

Baş nazir Gürcüstanda və regiondakı vəziyyətə də toxunaraq ölkə ərazisinin 20 faizinin işğal altında saxlanılmasının həmin ərazilərdə yaşayan insanların həyatına və hüquqlarına təsir etdiyini bildirib.

O, Gürcüstanın münaqişənin dinc yolla həllinə, o cümlədən deokupasiya, barışıq və münaqişədən zərər çəkmiş əhali arasında etimadın bərpasına sadiq olduğunu vurğulayıb.

İ. Kobaxidze qeyd edib ki, Cənubi Qafqaz mühüm dəyişikliklər dövründən keçir və regionun iqtisadi və strateji potensialına diqqət artır.

Baş nazirin sözlərinə görə, hazırda praktiki regional əməkdaşlıq üçün daha geniş imkanlar mövcuddur. O, qonşu ölkələr arasında sülh prosesində əldə olunan irəliləyişi alqışladıqlarını və regional əməkdaşlığın gücləndirilməsinin ticarət, əlaqələndiricilik və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yarada biləcəyinə inandıqlarını bildirib.

"Eyni regionda yerləşən ölkələr təhlükəsizlik və iqtisadiyyat sahələrində ümumi çağırışlarla üzləşirlər. Daha sıx əməkdaşlıq bu çağırışlara daha effektiv cavab verməyə imkan verir", - İ. Kobaxidze bildirib.

O əlavə edib ki, Gürcüstan uzunmüddətli sülh və rifahın təmin olunması üçün vacib olan prinsiplərə sadiq qalır.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər