Dağ-mədən və metallurgiya sənayesində  illik ixracın dəyəri 2 milyard dollara çatdırılacaq
Far.Az xəbər saytı

Dağ-mədən və metallurgiya sənayesində illik ixracın dəyəri 2 milyard dollara çatdırılacaq


Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi üzrə illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, müvafiq sahədə yeni istehsal güclərinin yaradılması, o cümlədən emal və metallurgiya müəssisələrinin istismara verilməsi (Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə zavodu, Pellet istehsalı zavodu, İBD istehsalı zavodu, "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyyətinin yeni yayma zavodu, "Azəralüminium" MMCnin Gəncə şəhərində elektroliz zavodu, TİƏ əsasında Kalsinasiya və anodbişirmə zavodu, Söyüdlü (Zod) yatağı üzrə flotasiya zavodu), müvafiq sahəyə xarici investisiyaların cəlb edilməsi, yaradılması nəzərdə tutulan istehsal gücləri nəzərə alınmaqla, müvafiq sahədə yaradılan əlavə dəyərin 2 dəfədən çox artırılması planlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər