Vəli Quliyev: "Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"
Far.Az xəbər saytı

Vəli Quliyev: "Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək"


Əmək müqavilələrinin rəsmiləşdirilməsində sadələşdirilmiş mexanizm tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hazırda əmək müqaviləsinin kağız daşıyıcıda bağlandığı sahələrdə, eləcə də sadələşdirilmiş vergi ödəyicisi olan ictimai sektor nümayəndələrinin gəlirlərinin vergiyə cəlb edilməsi yolu ilə rəsmiləşdirilməsi mümkündür: "Mövcud qanunvericiliyə təklif etdiyimiz dəyişikliklərdə məhz ictimai sektorun, xüsusilə də qeyri-formal məşğulluğun geniş yayıldığı sahələrin əhatə olunması nəzərdə tutulur. Ümumilikdə, bu qanun layihəsi qəbul edildikdən sonra daha sadələşdirilmiş əmək müqaviləsinin tətbiqi yeni qanunvericilikdə nəzərdə tutulacaq. Əmək müqaviləsinin forması iş saatlarına uyğun olaraq dəyişəcək. Belə ki, qanun qüvvəyə mindikdən sonra bir ayadək müddətə əmək müqaviləsi bağlanarsa, bu, mütləq saatlıq iş rejimində rəsmiləşdirilməlidir. Həmçinin, həmkarımın qeyd etdiyi kimi, gündəlik dörd saatdan az iş rejimi tətbiq olunarsa, əmək müqaviləsi müvafiq iş rejiminə uyğun bağlanılacaq."

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər