"Azəristiliktəchizat": Məcburi köçkünlər göstərilən xidmətin dəyərinin 47 %-ni ödəyib
Bu ilin yanvar-avqust aylarında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan şəhərciklərdəki hündürmərtəbəli çoxmənzilli yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlərə 1 milyon 411,2 min manat dəyərində istilik və isti su təchizatı xidmətləri göstərilib.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, bu şəhərciklərdə ödəniş cəmi 656 min manat və yaxud 46,5 % təşkil edib.
Keçmiş məcburi köçünlərin məskunlaşdığı şəhərciklər üzrə ən pis vəziyyət Bərdə (50,5 %), Tərtər (36,12 %) və Ağcabədi (28,5 %) rayonlarında olub.
Əhali istehlakçı qrupu tərəfindən istilik haqlarının ödəniş səviyyəsinin qeyri-əhali istehlakçı qrupu ilə müqayisədə nisbətən aşağı olmasının səbəbi bu komplekslərdə məskunlaşmış keçmiş məcburi köçünlər tərəfindən istilik haqlarının vaxtında ödənilməməsi ilə bağlıdır. Həmin şəhərciklərdə 29 qazanxana vasitəsi ilə 14 350 mənzilli 257 yaşayış binasına istilik təchizatı xidmətləri göstərilir.
Təbii olaraq göstərilən xidmətlərin dəyərinin vaxtında və tam ödənilməməsi qazanxana və istilik şəbəkəsi avadanlıqlarının növbəti payız qış mövüsümünə hazırlıq tədbirlərinin icrasına əhəmiyyətli təsir göstərməklə bərabər, əmək haqları, istifadə olunan təbii qaz, vergi borcları və digər ödənişlərin tam həyata keçirlməsinə imkan vermir.
Oxşar xəbərlər
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













