ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Far.Az xəbər saytı

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir


Asiya İnkişaf Bankı (ADB) "Bank Respublika" ASC ilə "AccessBank" QSC-nin birləşməsi başa çatdıqdan sonra da əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ADB-dən bildirilib.

Beynəlxalq institutdan vurğulanıb ki, ADB "AccessBank"ın səhmdarı rolunda çıxış edir və "Bank Respublika" ilə tərəfdaşlıq əlaqələrini qoruyub saxlayır.

"Biz iki bank strukturunun birləşməsindən sonra da "Bank Respublika"nın böyüməsinə və davamlı inkişafına kömək etmək niyyətindəyik", - ADB nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu ay "Bank Respublika" ASC-nin "Access Bank" QSC-nin səhmlərini almasını nəzərdə tutan strateji əqdin əsas şərtləri təsdiqlənib. Əqdin şərtlərinə əsasən, "AccessBank"ın hazırkı səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25 %-ni təşkil edəcək yeni imtiyazlı səhmləri alacaqlar. Əqdin 2026-cı ilin noyabr ayına qədər bağlanması gözlənilir. ADB "AccessBank"da 19,9 %-lik paya sahibdir.

"AccessBank"ın digər səhmdarları Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), "responsAbility" (12,28 %), Niderland İnkişaf Bankı FMO (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE (2,78%), "Green for Growth" fondu (1,77 %), Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58 %) və "LFS Advisory GmbH"dir (0,13 %).

"Bank Respublika"nın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
IFC "Bank Respublika"da uzunmüddətli investor olmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər