"Kaşif Kozinoğlu işi"ndə saxlanılanların sayı artıb
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Vatan Partiyasının (VP) ümumi sədri, hüquq elmləri doktoru və yazıçı Doğu Perinçekin ifadəsi alınıb, "Kurtlar Vadisi" serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi Bayram Özbek isə həbs edilib.
"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında dünyasını dəyişən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə əlaqədar "qəsdən adam öldürmə", "cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma" və "2937 saylı qanuna zidd hərəkət" cinayətləri üzrə başlanmış istintaq davam edir.
Milli Kəşfiyyat Təşkilatının (MİT) mərhum əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə əlaqədar yenidən başlanan istintaq çərçivəsində Doğu Perinçekin məlumatlı şəxs qismində ifadəsi alınıb. Perinçekin ifadəsi təxminən 2 saat davam edib.
Kurtlar Vadisi serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi, ssenarist Bayram Özbek də həbs edilib.
Beləliklə, Kozinoğlu istintaqında həbs edilənlərin sayı doqquza yüksəlib.
Xatırladaq ki, 10 noyabr 2011-ci ildə yayımlanan və ssenaristləri istintaqa cəlb edilən serialın 136-cı bölümdə "Kaşifoğlu" obrazı haqqında ölüm əmri verilir. Üç gün sonra isə Kazinoğlu real həyatda həlak olur. "Kurtlar Vadisi"nin obrazı və Kazinoğlunun ölüm səbəbləri də eyni göstərilir.
Oxşar xəbərlər
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













