Bayden xatirələrində Zelenski ilə münasibətlərinin pərdəarxasını açıqladı
Far.Az xəbər saytı

Bayden xatirələrində Zelenski ilə münasibətlərinin pərdəarxasını açıqladı


ABŞ-nin sabiq Prezidenti Co Bayden xatirələrində Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərindən bəhs edib. O, şəxsi görüşlər zamanı Zelenskinin davranışını bəzən ziddiyyətli qiymətləndirdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Newsweek" nəşri noyabrın 17-də satışa çıxarılması planlaşdırılan "Promise Me, America" ("Mənə söz ver, Amerika") adlı kitabdan yayımlanan hissələrə istinadən yazıb.

Bayden xatirələrində Zelenskinin aktyorluq təcrübəsinin geniş olduğunu ilk görüşdən anladığını qeyd edib. Bununla belə, sabiq prezident şəxsi söhbətlər zamanı Ukrayna liderinin bəzən ziddiyyətli təəssürat yaratdığını bildirib.

"Şəxsi söhbətlərimiz zamanı Zelenski bəzən şıltaq və inadkar ola bilirdi, həmçinin gözlədiyim qədər minnətdarlıq göstərmirdi", – deyə Bayden yazıb.

O, Zelenski ilə münasibətlərində zaman-zaman gərginlik yarandığını da vurğulayıb. Baydenin sözlərinə görə, Ukrayna Prezidenti Vaşinqtondan əlavə silah və maliyyə yardımı tələb etməyə davam edib.

Qeyd edək ki, Baydenin "Promise Me, America" adlı memuarının noyabrın 17-də nəşr olunması planlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər