Portuqaliya millisindən Ronaldoya xüsusi JEST
Far.Az xəbər saytı

Portuqaliya millisindən Ronaldoya xüsusi JEST


Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Kriştiano Ronaldonun 7 nömrəli forması ilə meydana çıxıblar.

Far.Az xəbər verir ki, bu addım 41 yaşlı hücumçunun noyabrın 5-də milli komanda karyerasını başa vurması münasibətilə ona ehtiram əlaməti olaraq atılıb.

Azarkeşlər stadionda "Təşəkkürlər, kapitan!" yazılmış plakatlar açıblar. Stadionun elektron tablolarında da Ronaldoya ünvanlanan oxşar mesajlar nümayiş etdirilib.

Oyunun 7-ci dəqiqəsində isə azarkeşlər bir dəqiqə ərzində alqışlarla əfsanəvi futbolçuya dəstək ifadə edib və onun adını səsləndiriblər.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər