Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilib
Far.Az xəbər saytı

Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilib


Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib.

Səfər çərçivəsində "POS Aviation" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Ələt Azad İqtisadi Zonasının ərazisində inşa edilən yeni beynəlxalq hava limanı və onun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər hava limanının karqo daşımalarında potensial rolu, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş zamanı "POS Aviation" nümayəndələrinə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, inkişaf planları və yaradılan infrastruktur barədə də ətraflı məlumat verilib.

Daha sonra İslam İnkişaf Bankının Mükəmməllik Mərkəzinin sədri Samer Əl-İssavi ilə görüş keçirilib. Görüş zamanı Samer Əl-İssavi cari ildə Bakıda keçirilmiş İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Tərəflər Ələt Azad İqtisadi Zonasının və İslam İnkişaf Bankının fəaliyyəti barədə qarşılıqlı məlumat mübadiləsi aparıblar. İslam İnkişaf Bankının nümayəndələri Azad Zona ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, təşkilata üzv ölkələrin investorlarının Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılacağını qeyd ediblər.

Səfər çərçivəsində, həmçinin Malayziya Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) baş icraçı direktorunun müavini S. Jai Shankar ilə görüş keçirilib. Görüşdə Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, investorlar üçün yaradılmış şərait və investisiya imkanları barədə ətraflı məlumat verilib. Təqdim olunan imkanlar MATRADE tərəfindən maraqla qarşılanıb və Malayziya investorlarının Azad Zonanın təqdim etdiyi investisiya imkanları barədə daha geniş məlumatlandırılacağı bildirilib.

Ələt Azad İqtisadi Zonasına həsr olunmuş xüsusi təqdimat tədbiri keçirilib

Sentyabrın 22-də Kuala-Lumpur şəhərində Ələt Azad İqtisadi Zonasına həsr olunmuş xüsusi təqdimat tədbiri keçirilib. Tədbirdə Malayziyanın dövlət və biznes qurumlarının, biznes assosiasiyalarının, ticarət və sənaye palatalarının, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov çıxış edib. Səfir Azərbaycan və Malayziya arasında mövcud əməkdaşlıq əlaqələri, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri barədə məlumat verərək, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının rolunu və təqdim etdiyi imkanları xüsusi qeyd edib.

Daha sonra Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov geniş təqdimatla çıxış edib. Təqdimat zamanı Ələt Azad İqtisadi Zonasının strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələri, "bir pəncərə" prinsipi əsasında göstərilən xidmətlər və digər investisiya imkanları barədə ətraflı məlumat verilib.

Təqdimatın sonunda Valeh Ələsgərov Malayziyanın işgüzar dairələrinin nümayəndələrini Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan yararlanmağa və Azad Zonada ixracyönümlü istehsal müəssisələri yaratmağa dəvət edib və iştirakçılar tərəfindən səsləndirilən sualları cavablandırıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər