Uitkoff: Putinlə danışıqların yekunları barədə Zelenskini məlumatlandıracağam
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə bu gün Moskvada baş tutan danışıqlar barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verəcək.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Uitkoff Putinlə görüşü zamanı deyib.
"Bu münaqişə hər iki ölkəyə ağır təsir göstərir. Biz hamımız mühüm iş görürük. Düşünürəm ki, BƏƏ-dəki görüşlərimiz çox müsbət keçdi. Hər iki tərəf fəal iştirak etdi. Müzakirələrin konkret xarakter daşıdığı aydın idi və iştirakçılar həll yolları tapmağa çalışırdılar. Müzakirə olunan bəzi məsələlər, məsələn, iki ölkə arasında baş tutacaq tarix boyu ən böyük miqyaslı əsir mübadiləsi, fikrimcə, əldə etdiyimiz irəliləyişin göstəricisidir. Ümumilikdə çoxlu yaxşı hadisələr baş verir", - Uitkoff qeyd edib.
"Avropa ölkələrinin Əbu-Dabidəki (BƏƏ) nümayəndələri danışıqlar masası arxasında əyləşməsələr də, təmaslar barədə məlumatlandırılıblar", - Uitkoff qeyd edib.
Öz növbəsində, ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Vaşinqtonun avropalılarla təhlükəsizlik arxitekturasının müzakirəsinə başladığını bildirib.
Onun sözlərinə görə, avropalılar danışıqlarda iştirak etmək və Rusiya-Ukrayna münaqişəsini başa çatdırmaq istədiklərini bildirirlər. Kremldə bugünkü danışıqlarda münaqişənin başa çatdırılmasını və buna aparan yolları müzakirə etmək imkanı olacaq.
Oxşar xəbərlər
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













