Azərbaycanda 100 məktəblə bağlı yeni qərar verilir
Far.Az xəbər saytı

Azərbaycanda 100 məktəblə bağlı yeni qərar verilir


"2027-ci ildə əlavə olaraq 100 məktəbin adambaşı maliyyələşmə mexanizminə keçidi üçün 223.8 milyon manat vəsait nəzərdə tutulub".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, bu rəqəm hazırda 500-dür:

"Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində biz artıq 8 min uşağı cəlb etmişik. Gələn il isə 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb etməyi planlaşdırırıq. Bu mexanizm nəticəsində dövlət hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir.

Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. 2030-cu ilə qədər layihənin 30 min uşağı əhatə etməsini planlaşdırırıq. Burada ayrılan vəsaitin böyük hissəsi dolayı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəliri olaraq qayıdacaq".

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər