Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi
Qazaxıstanda təlim-döyüş tapşırığı zamanı həlak olan hərbi qulluqçularla əlaqədar sentyabrın 25-də ümummilli matəm günü keçiriləcək.
BAKU.WS xəbər verir ki, bununla bağlı sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Qərar Manqistau vilayətində Xəzər dənizinin sahilində təlim zamanı hərbçilərin həlak olması ilə bağlı qəbul edilib.
Hadisə təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində baş verib. İlkin məlumata görə, 19 hərbi qulluqçunu dənizdə yaranan güclü axın aparıb.
Qazaxıstan Müdafiə Nazirliyinin açıqladığı ilkin məlumatda 9 hərbçinin həyatını itirdiyi, 3 nəfərin isə xilas edildiyi bildirilib. Xilas olunan hərbçilərdən biri tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəblərinin araşdırılması üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə xüsusi hökumət komissiyası yaradılıb.
Komissiyaya hadisənin bütün detallarının araşdırılması, hərbçilərin ölümünə səbəb olan amillərin müəyyənləşdirilməsi və həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsi tapşırılıb.
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib













