Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2


Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi "Telegram" kanalında bildirilib.

Məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin axtarışları davam edir.

Hadisə yerində axtarış-xilasetmə işləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi altında gücləndirilmiş rejimdə davam etdirilir.

Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyası yaradılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib.

Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin akimi (meri), Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin nümayəndələri, Baş hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil edilib.

Qazaxıstanın Baş naziri Oljas Bektenov komissiyanın sədri - Baş nazirin müavini Kanat Bozumbayevə hadisə yerinə yollanmağı və hərbçilərin həlak olmasının səbəblərinin hərtərəfli araşdırılması üçün işə başlamağı tapşırıb.

Bundan başqa, komissiyaya həlak olanların ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıq verilib.

Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.

Bu barədə "Far.Az" Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.

Qurumdan qeyd ediblər ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.

Digərlərinin axtarışı aparılır.

Xilasetmə xidmətlərinin qüvvə və vasitələri dərhal hadisə yerinə yönləndirilib. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər cəlb edilib.

"İlkin məlumata görə, 19 hərbçini axın aparıb. Hazırda 9 hərbçinin həlak olduğu müəyyən edilib. Hadisənin bütün hallarını müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası təcili olaraq hadisə yerinə gedib", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər