SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb
Far.Az xəbər saytı

SOCAR “İtalgas” şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb


Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İtalgas” şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “İtalgas” şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.

Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə “Picarro” texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Sənəd tərəflər arasında qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər