Natiq Baxışov: "ABŞ biznesi Azərbaycanda investisiya imkanlarını araşdırır"
Far.Az xəbər saytı

Natiq Baxışov: "ABŞ biznesi Azərbaycanda investisiya imkanlarını araşdırır"


ABŞ şirkətləri Azərbaycan daxil olmaqla, Cənubi Qafqazda iştirakını genişləndirməyə və layihələri həyata keçirməyə əhəmiyyətli maraq və hazırlıq nümayiş etdirir.

"Far.Az" xəbər verir ki, bunu ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

"Biz ABŞ şirkətləri tərəfindən böyük həvəs müşahidə edirik. Bu maraq uzun müddət mövcud olub. Azərbaycan, həmçinin bütün Mərkəzi Asiya və Qafqaz regionu ABŞ işgüzar dairələrinin diqqət mərkəzindədir", - palata rəhbəri qeyd edib.

N.Baxışov vurğulayıb ki, regionda işgüzar fəallığın güclənməsinə planlı şəkildə inkişaf edən ticari-iqtisadi münasibətlər, həmçinin ABŞ hökumətinin Orta Dəhlizin və Cənubi Qafqazın təşviqinə artan diqqəti əhəmiyyətli dərəcədə töhfə verir:

"Biznes icmamızın nümayəndələri kapital qoyuluşu və birgə investisiya perspektivləri ilə bağlı getdikcə daha aktiv şəkildə konkret sorğular göndərirlər. Söhbət logistika, rəqəmsal texnologiyalar, infrastruktur inkişafı və innovativ həllərin tətbiqi sahəsindəki layihələrdən gedir. Region ölkələrinin hökumətləri hazırda qabaqcıl Qərb və ABŞ texnologiyalarının tətbiqi üçün tamamilə açıqdır".

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər