Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur
Far.Az xəbər saytı

Kobaxidze: Gürcüstan əhalisi arasında Aİ-yə üzvlüyə dəstək 70 %-dən çoxdur


Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə əhalisi arasında Avropa İttifaqına (Aİ) üzvlüyə dəstəyin 70 %-dən çox olduğunu bildirib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən müzakirədə çıxışında danışıb.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün dəyər təşkil edir.

İ.Kobaxidze bildirib ki, Gürcüstan vətəndaşları Avropa bürokratlarının hansı məsələlərdə doğru, hansı məsələlərdə isə yanlış danışdığını ayırd edə bilirlər.

Onun sözlərinə görə, Gürcüstan əhalisi Aİ-yə üzvlüyə dəstəklə Avropa bürokratlarının mövqelərini bir-birindən fərqləndirir.

Baş nazir həmçinin qeyd edib ki, hakimiyyət seçkilərdə dəfələrlə 50 %-dən çox səs alıb.

Oxşar xəbərlər

FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər