SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.
Bununla bağlı müzakirələr R. Nəcəfin BP-nin apstrim üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşündə aparılıb.
R. Nəcəf bildirib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun dərin laylarında yerləşən sərbəst qaz ehtiyatlarının işlənilməsi, "Şahdəniz Kompressiya" layihəsi, "Qarabağ" yatağı, "Üstyurt" investisiya bloku, "Şəfəq" Günəş Elektrik Stansiyası və digər birgə layihələrimiz üzrə işlərin gedişatını nəzərdən keçirilib.
O qeyd edib ki, illər ərzində formalaşan qarşılıqlı etimad və birgə təcrübə tərəfdaşlığı yeni layihə və istiqamətlər üzrə genişləndirmək üçün möhkəm əsas yaradır: "Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini artıran bu əməkdaşlığı daha da gücləndirmək və irəli aparmaq əsas prioritetlərimizdəndir".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













