ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.
Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".
ÜST rəhbəri həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılması epidemiyanın istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, həmçinin təkcə yerli icmalar üçün deyil, qonşu ölkələr və bütün dünya üçün təhlükə yarada biləcəyini xatırladır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"
-
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb













