100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI
Far.Az xəbər saytı

100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI


Sosial şəbəkələrdə sevgilisinə etibar etməyənləri hədəf seçən və 100-150 manat ödəməklə başqasının mesajlarını oxumağın mümkün olduğunu deyən haker xidmətləri getdikcə yayılır.

Bəs bu prosesi həyata keçirmək texniki olaraq nə dərəcədə mümkündür?

Far.Az Baku TV-yə istinadla xəbər verir ki, İnformasiya Texnologiyaları mütəxəssisi Vüsal Məmmədzadənin sözlərinə görə, müasir mesencer proqramlarında kənar şəxsin, sadəcə, telefon nömrəsini daxil edib həmin yazışmaları oxuması normal şəraitdə qeyri-mümkündür:

"Yazışmalara giriş üçün adətən hesabın və ya cihazın ələ keçirilməsi, istifadəçinin aldadılaraq giriş kodunun alınması, yaxud telefona zərərli tətbiqin quraşdırılması kimi əlavə addımlar tələb olunur. Xidməti əldə etmək üçün həmin şəxslərə müraciət edirsiniz və qarşı tərəf sizdən telefon nömrəsi, təsdiqləmə kodu, bəzən hətta bank kartı məlumatları tələb edir, yaxud telefona hansısa proqramı quraşdırmağı tapşırır. Siz onların tələblərini yerinə yetirdikdə artıq şəxsi məlumatlarınızı riskə atmış olursunuz".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər