Fariz Cəfərov: "Rəqəmsal texnologiyaları iqtisadi dəyərə çevirmək vacibdir"
Rəqəmsal texnologiyaları iqtisadi dəyərə çevirmək vacibdir.
"Far.Az" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində keçirilən paneldə bildirib.
4SİM rəhbəri qeyd edib ki, hazırda bazardakı əsas boşluq texnologiyanın çox sürətlə irəliləməsidir: "Bu texnologiyanı ölkədə iqtisadi dəyərə çevirmək və adaptasiya tempi qazanmaq çox vacibdir. Bu səbəbdən, dövlət büdcəsinin dəstəyi ilə sənaye sahələrinə, fabrik və zavodlara rəqəmsal transformasiya dəstəyi proqramı kimi stimullar təqdim edirik. Onların istehsalat sahələrinə baş çəkirik, beynəlxalq bilik və konsaltinqi Azərbaycana gətiririk, rəqəmsal yol xəritələri hazırlayırıq. Dövlət olaraq, dövlət vəsaitləri hesabına onların tətbiqi proqramını da maliyyələşdiririk".
F. Cəfərov vurğulayıb ki, məqsəd sənaye sahələrinin EBITDA göstəricisini artırmaqdır: "Biz beynəlxalq bilikləri Azərbaycana gətirir və bütün bu əsas zəncirləri əlaqələndiririk. Bazardakı bu sənaye sahələrinin EBITDA göstəricisini artırmağa çalışırıq. Həmçinin, sənayenin əsas oyunçularına xüsusi rəqəmsal bacarıq proqramları təqdim edirik ki, onlar bu avtomatlaşdırmanı real tətbiqə çevirə bilsinlər. Çünki sənayelər robotlar gətirəndə bu, öz-özlüyündə heç nəyi dəyişmir, transformasiya etmir. Dəyişiklik yaratmaq üçün insan bu robotları, süni intellekti və kompüter görməsini (computer vision) istehsalata adaptasiya etməlidir. Hazırda Azərbaycanda böyük bir mühit və uğurlu siyasətlər var. Lakin bu o demək deyil ki, çətinliklərimiz və problemlərimiz yoxdur. Biz problemlərimizi, müsbət və mənfi tərəfləri görürük və bunları strategiyalarımıza daxil edərək bütün çağırışları imkanlara çevirməyə çalışırıq".
O əlavə edib ki, süni intellektdən danışılan bir vaxtda dünyada 2 milyard insanın internetə çıxışı yoxdur:" Lakin bu göstərir ki, Azərbaycanda internet əhatəliliyi 100 %-dir, əla təhsil proqramlarımız, dəstəkləyən korporativ sektor və dövlət siyasətimiz var. İnanıram ki, yaxın gələcəkdə bunu iqtisadiyyatımızda real addımlara çevirəcəyik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
İşimizi şansa buraxmayaq!
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













