Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2


Pakistanın şimal-qərbində, Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Dawn" qəzeti yazıb.

Son məlumatlara əsasən, hadisə nəticəsində 35-dən çox insan yaralanıb. Məlum olub ki, terrorçu partlayıcı maddələrlə yüklənmiş traktor qoşqusunu "Aman-Mela" polis nəzarət-buraxılış məntəqəsinə yönəldib.

Partlayış nəticəsində binanın və ona bitişik tikililərin əhəmiyyətli hissəsi dağılıb. Xilasetmə işləri hələ başa çatmayıb.

Nəşrin məlumatına görə, son aylarda Xeybər-Paxtunxva əyalətində terror fəaliyyətində artım müşahidə olunur. Belə ki, yalnız avqust ayında regionda 54 terror hücumu qeydə alınıb.

Dera-İsmayıl-Xandakı (Pakistan) terror aktına görə məsuliyyəti Pakistanın "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış partlayıcı ilə yüklənmiş avtomobildəki terrorçu-kamikadze tərəfindən törədilib.

Qeyd edilib ki, hadisə Pakistanın şimal-qərbindəki polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib.

Bildirilib ki, zərərçəkənlər ən yaxın xəstəxanaya çatdırılıb, bəzi yaralıların vəziyyəti ağırdır.

"Təhrik-i-Taliban Pakistan" Əfqanıstanın "Taliban" hərəkatından ayrı bir təşkilatdır, lakin onunla müttəfiqlik münasibətləri saxlayır.

Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində bu gün baş verən partlayış nəticəsində 11 nəfər ölüb və 30 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Hadisənin təfərrüatları hələ ki açıqlanmır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər