Babək rayonunun bir sira yaşayış məntəqələrində işıq olmayacaq
Far.Az xəbər saytı

Babək rayonunun bir sira yaşayış məntəqələrində işıq olmayacaq


Sentyabrın 23-də Babək rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Report"un yerli bürosuna verilən məlumata görə, fasilə 35/10 kV-luq Nəzərabad yarımstansiyasından qidalanan 10 kV-luq Şıxmahmud hava elektrik xəttində aparılacaq işlərlə əlaqədar olacaq.

Belə ki, saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində, eləcə də Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər