ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı
Far.Az xəbər saytı

ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı


ABŞ və Çin arasında ticarət münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni razılaşma əldə olunub. Tərəflər ümumi dəyəri 30 milyard dollar olan tariflərin qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər.

BAKU.WS xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Razılaşma Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra əldə olunub. Liderlər iki ölkə arasında ticarət-iqtisadi məsləhətləşmələrin və müvafiq işçi qruplarının fəaliyyətinin nəticələrini müsbət qiymətləndiriblər.

Tərəflər ticarət əlaqələrinin davam etdirilməsi məqsədilə Ticarət Şurası kimi mexanizmlərin yaradılması və inkişaf etdirilməsi barədə də razılığa gəliblər. Həmçinin Kuala-Lumpurda keçirilən əvvəlki ticarət-iqtisadi məsləhətləşmələrin nəticələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur.

ABŞ-dən Çinə kənd təsərrüfatı məhsulları, balıq və dəniz məhsulları, emal olunmamış taxta, kosmetika və tibbi məhsulların ixracı, əvəzində isə Çində istehsal olunan kiçik məişət texnikası, oyuncaqlar, bayram dekorasiyaları və uşaq avtomobil oturacaqlarının ABŞ-yə idxalı ilə bağlı tariflərin azaldılması nəzərdə tutulur.

Məlumata görə, razılaşmanın əsas məqsədlərindən biri iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin sabitliyinin qorunması və danışıqlar mexanizmlərinin davam etdirilməsidir.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər