Şimal-qərb rayonlarında şəhidlər anılıb
Far.Az xəbər saytı

Şimal-qərb rayonlarında şəhidlər anılıb


Azərbaycanın şimal-qərb rayonlarında şəhidlər anılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayonların Şəhidlər xiyabanlarında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.

Saat 12:00-da şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər