Məhəmməd Ben Sulayem: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır"
Far.Az xəbər saytı

Məhəmməd Ben Sulayem: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır"


"Formula 1" üzrə Azərbaycan Qran-prisi tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem açıqlama verib.

O, Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb:

"Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən, möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır".

FIA rəhbərinin sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil:

"İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznes, turizm, rəqabət və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm".

FIA prezidenti Azərbaycanın "Formula 1" ilə əməkdaşlığının gələcəyinə də toxunaraq ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib:

"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var".

Xatırladaq ki, ötən gün "Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisinin qalibi olub.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər