Moskva aeroportunda 95 min dollar dəyərində zinət əşyalarını gizlədən qadın saxlanılıb
Moskva (Rusiya) Şeremetyevo hava limanının gömrük xidməti əməkdaşları Honkonqdan gələn rusiyalı qadının ayaqqabısında və boyun yastığında gizlədilmiş təxminən 95 min dollar dəyərində zinət əşyaları aşkar ediblər.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Şeremetyevo gömrükçüləri Honkonqdan gələn 48 yaşlı rusiyalı qadında dəyəri 8 milyon rubldan (95 min dollar - red.) çox olan bəyan edilməmiş zərgərlik əşyaları və qiymətli daşlar aşkar ediblər", - məlumatda bildirilib.
Qurumdan qeyd edilib ki, yaşıl dəhlizdə seçmə yoxlama zamanı sərnişinin əl yükü rentgen qurğusu vasitəsilə skan edilib. Məlum olub ki, qadın boyun yastığında beş üzük, üç cüt sırğa və qolbaq keçirməyə cəhd edib. Bununla yanaşı, şəxsi baxış zamanı rusiyalı qadının plaşının cibində boyunbağı tapılıb, ayaqqabısından isə o, içində 24 qiymətli daş olan paket çıxarıb.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Viktoriya Bekhemin 35 milyon dollarlıq 15 NİŞAN ÜZÜYÜ - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir













