Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir
Far.Az xəbər saytı

Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir


Gürcüstan ABŞ ilə münasibətlərdə strateji tərəfdaşlığın yenidən bərpa edilməsində maraqlıdır.

BAKU.WS xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio ilə qısa söhbətləri olub.

Onun sözlərinə görə, həmin görüşlər zamanı Gürcüstan üçün ABŞ ilə strateji tərəfdaşlığın bərpasının əhəmiyyəti vurğulanıb.

Kobaxidze Tramp və Rubio ilə keçirdiyi qısa söhbətləri müsbət qiymətləndirib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, ölkəsi münasibətlərin əvvəlki strateji səviyyəyə qaytarılması istiqamətində artıq müəyyən addımlar atıb. Hazırda isə Tbilisi Vaşinqtonun qarşılıq olaraq atacağı addımları gözləyir.

"Bizim istəyimiz strateji tərəfdaşlığı bərpa etməkdir. Biz öz tərəfimizdən addım atmışıq və qarşılıqlı addımlar gözləyirik", – deyə İrakli Kobaxidze bildirib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər