Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
Far.Az xəbər saytı

Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA


"İranın Ali lideri Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra müalicə aldığı Tehran xəstəxanasının dağıntıları altından çıxarılıb".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Araby" telekanalına müsahibəsində İranın Ekspertlər Şurasının üzvü Möhsün Heydəri bildirib.

O, Xameneinin xəstəxanaya yerləşdirilməsi barədə məlumatlardan sonra Tehrandakı üç xəstəxanaya zərbələr endirildiyini bildirib. Müctəba Xamenei üçüncüdə olub və dağıntılar altından xilas edilib.

"New York Post" xəbər verir ki, bundan sonra 56 yaşlı Xamenei naməlum yerə aparılıb və o vaxtdan bəri ictimaiyyət arasında görünməyib.

Nəşr, həmçinin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, onun əvvəlki hücumlar nəticəsində ağır xəsarətlər aldığına dair məlumatları təqdim edib.

Qeyd edək ki, keçən ay ABŞ Prezidenti Donald Tramp şərhçi Qlenn Bekə müsahibəsində Xameneinin sağ qaldığını, lakin ağır yaralandığını düşündüyünü bildirmişdi.

İran Prezidenti Məsud Pezeşkian isə bu həftə "Fox News"a müsahibəsində fərqli qiymətləndirmə verərək, Xameneinin "tamamilə" sağlam olduğunu bəyan edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər