Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
Far.Az xəbər saytı

Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib


Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) nümayəndələri Füzuli sakinləri ilə görüşüb.

ASİNF-dan "Far.Az"a verilən məlumata görə, Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlərlə görüş zamanı sentyabrın 29-da Köndələn su anbarında təşkil olunacaq tədbir barədə məlumat verilib.

Qeyd olunub ki, Füzuli "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasiminə və ilk yarış gününə ev sahibliyi edəcək.

Saat 11:00-dan etibarən Köndələn su anbarında avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunacaq.

Eyni zamanda, uşaq və yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçiriləcək, federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunacaq. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılacaq.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.

Sentyabrın 29-da Füzulidə açılış mərasimi və ilk yarışlar keçirildikdən sonra turnir sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər