Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb
Far.Az xəbər saytı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb


Pakistanın Murri şəhərində məktəbliləri daşıyan mikroavtobus yoldan çıxaraq yanıb, hadisə nəticəsində ən azı 11 uşaq xəsarət alıb.

"Report" "DAWN"a istinadən xəbər verir ki, hadisə "Bara Hotar Link Road" yolunun yaxınlığında baş verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib. Əksəriyyəti məktəbli olan sərnişinlər avtomobildən təhlükəsiz şəkildə təxliyə ediliblər. Onlar yüngül xəsarətlər alıblar, lakin alov avtomobili tamamilə bürüyüb.

4-14 yaş arası 11 sərnişindən doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılara zəruri tibbi yardım göstərilib.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Polis Akademiyasında Bakı şəhərinin məktəbliləri üçün  "Açıq qapı" tədbirlərinə start verilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər