Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik edib
Far.Az xəbər saytı

Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik edib


AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!", - deyə o bildirib.

Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 26-cı dəqiqədə Mahir Emreli meydan sahiblərinin qapısına vurub.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər