Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı
Far.Az xəbər saytı

Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı


Mütəxəssis müntəzəm oxumağın beyin sağlamlığının qorunmasına və koqnitiv zəifləmənin ləngiməsinə kömək etdiyini bildirib.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, neyropsixoloq Kira Makarova mütaliəni demensiya və digər koqnitiv dəyişikliklərin riskini azaltmağa kömək edən vərdişlərdən biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, kitab oxumaq vərdişinin uşaqlıqdan formalaşdırılması vacibdir. Məktəbəqədər yaşlı uşaqlara gündə ən azı bir səhifə oxumaq tövsiyə olunur.

Mütaliə məktəblilərdə təfəkkür və savadlılığın inkişafına, böyüklərdə isə yaddaş, diqqət və nitq qabiliyyətinin qorunmasına müsbət təsir göstərir.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər