Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib
Far.Az xəbər saytı

Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib.

"Far.Az" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı işgüzar assosiasiyalarının və maliyyə institutlarının rəhbərləri ilə görüşündə bildirib.

Tokayevin sözlərinə görə, platforma Almaniya və Avropa kapitalını Qazaxıstanın birgə maliyyələşdirməsi, zəmanət və risklərin bölüşdürülməsi mexanizmləri ilə birləşdirməyə imkan verəcək, "Bayterek" holdinqi isə layihələrin strukturlaşdırılmasını təmin edəcək.

Prezident vurğulayıb ki, Almaniya Qazaxıstanın Avropadakı əsas tərəfdaşlarından biridir və iki ölkənin iqtisadi əməkdaşlıq potensialı heç də tükənməyib.

Tokayev qeyd edib ki, son onillikdə Qazaxıstan regionda ən inkişaf etmiş rəqəmsal və maliyyə ekosistemi yaradıb. Ötən il inkişaf institutları tərəfindən iqtisadiyyata dəstəyin ümumi məbləği 20 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, Qazaxıstan İnkişaf Bankı Almaniyanın maliyyə institutlarının dəstəyi ilə sənaye, energetika və nəqliyyat infrastrukturu sahəsində layihələrin maliyyələşdirilməsi üçün "Deutsche Bank", "Helaba", LBBW, "Commerzbank", KfW və digər təşkilatlardan 1,2 milyard dollardan çox vəsait cəlb edib.

Tokayev "Alatau City"nin potensialını xüsusi qeyd edərək onun Almaniyanın institusional kapitalı ilə Qazaxıstanın investisiya imkanları arasında əlaqələndirici halqa ola biləcəyini vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər