Məmmədli kəndində baş verən qətlin DETALLARI
Far.Az xəbər saytı

Məmmədli kəndində baş verən qətlin DETALLARI


Abşeron rayonunun Məmmədli kəndi, İlqar Abdullayev küçəsində qətl hadisəsi baş verib.

Far.Az Baku TV-yə istinadla xəbər verir ki, 21 yaşlı İbrahim Həmidov həmin ərazidə yaşayan qonşusu Əli Muxtarovla mübahisə edib. Mübahisəyə Əli Muxtarovun 17 yaşlı oğlu da qoşulub və yeniyetmə kəsici alətlə İbrahim Həmidova xəsarət yetirib.

Daha sonra İbrahim Həmidovun qohumu, 42 yaşlı Səbuhi Mamedov tərəfləri ayırmaq üçün araya girib. Bu zaman 17 yaşlı yeniyetmə ona da kəsici alətlə xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin Səbuhi Mamedovun həyatını xilas etmək mümkün olmayıb. İbrahim Həmidovun vəziyyəti isə ağır olaraq qalır.

Məlumata görə, münaqişə pul məsələsi ilə bağlı olub. Qonşular bildirirlər ki, Əli Muxtarovla İbrahim Həmidov arasında bu məsələ ilə əlaqədar əvvəllər də mübahisələr yaşanıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri keçirilib, rayon prokurorluğunda cinayət işi başlanıb. Əli Muxtarov və onun 17 yaşlı oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər