Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində baş verib.
Astara rayon sakini, 2007-ci il təvəllüdlü İmran Mahirli (ad və soyad şərtidir) atası dünyasını dəyişəndən sonra Lənkəran rayonuna köçüblər. Onun anası Aynur Parakənd kəndində başqa bir kişi ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və İmran da onlarla bir evdə yaşamağa başlayıb.
Bir neçə ildən sonra qadınla sevgilisi arasında mübahisə yaranıb və onlar ayrılıblar. Bir müddətdən sonra kişi Aynura barışıq təklif etsə də, qadın bu təklifdən imtina edib. Səhər saatlarında İmran yuxudan səsə oyanıb və anasının həmin kişi ilə mübahisə etdiyini görüb. Mübahisə zamanı kişi Aynuru söyüb. Bunu eşidən İmran mətbəx bıçağı ilə ona baş və bədən nahiyələrinə zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və İmran saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













