Fərhad Əliyev: "Azərbaycanda idman balıqçılığı üzrə milli komanda formalaşdırılacaq"
Azərbaycanda idman balıqçılığı üzrə yarışların nəticələrinə uyğun olaraq milli komanda formalaşdırılacaq.
"Far.Az"un Füzuliyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) icraçı vitse-prezidenti Fərhad Əliyev "Mingəçevir Reqatası-2026"nın ilk mərhələsindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yerli idmançıların göstəricilərinin ildən-ilə yaxşılaşdığını bildirib:
"Kanoe üzrə inkişaf var. Əvvəllər kanoedə tək idmançı çıxış edirdisə, artıq bir neçə təmsilçi və komanda var. Azərbaycan çempionatında qarışıq idman növlərində həm oğlanlar, həm də qızlar mübarizə aparırlar. Bakıda və Mingəçevirdə təlim-məşq prosesi davam edir. Mingəçevirin təlim bazası kimi fəaliyyət göstərməsi barədə qərar verilib. Növbəti il belə təlim məkanlarının sayı artacaq".
AZSİF rəsmisi yarış cədvəllərinin üst-üstə düşməməsi üçün atılan addımlara da toxunub:
"Çətinlik ondan ibarətdir ki, eyni vaxtda yarışlar üst-üstə düşə bilir. Bu il çalışıldı ki, yelkənli idman, idman balıqçılığı, akademik avarçəkmə, kanoe və kayak üzrə turnirlər arasında müəyyən vaxt fərqi yaransın. Bir həftə öncə balıqçılıq, üç həftə əvvəl isə yelkənli idman üzrə Azərbaycan çempionatı təşkil olundu".
O, idman balıqçılığının inkişafı və beynəlxalq yarışlarda iştirak imkanları barədə danışıb:
"İdman balıqçılığının özünəməxsus qaydaları var. Bu növ üzrə Avropa və dünya çempionatları keçirilir. Əvvəllər federasiya olmadığı üçün idmançılar həmin turnirlərə qatıla bilmirdilər. Artıq federasiya nəzdində fəaliyyət göstərdikləri üçün beynəlxalq yarışlara yollana biləcəklər. Yaxın bir həftə ərzində Türkiyədə turnir təşkil olunacaq. Həmin yarışdakı nəticələrə uyğun olaraq milli komanda formalaşacaq və gələcək üçün təqvim planı müəyyənləşəcək".
Oxşar xəbərlər
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı













