"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib
Far.Az xəbər saytı

"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) birgə təşkilatçılığıyla sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.

ASİNF-dən "Report"a verilən məlumata görə, iştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.

Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.

Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.

Bundan başqa, beynəlxalq turniri öncəsi hakimlərin iclası keçirilib

İclasda yarışların keçirilməsi qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub. Həmçinin yarışın start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri dəqiqləşdirilib.

Hakimlərə yarış prosesi zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər