Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq"
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunundan sonra mətbuat konfransında iştirak edib.
"Report" xəbər verir ki, A. Abbasov rəqibin ilk oyunda Azərbaycan millisindən xal aldığına diqqət yetirib və bütün bunların nəzərə alındığını qabardıb.
"Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq", - o deyib və əlavə edib ki, erkən qol vurulub, ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil edilib, qapı dirəyinə tuş gələn zərbələr olub.
Lakin futbolçularda qələbə qazanmaq istəyi və tələskənlik bir qədər çox idi:
"Bu da hücumlarımızı daha rahat şəkildə sonlandırmağımıza mane olurdu.
Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm.
Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir".
Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













