"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında "Azəralüminium" MMC 130,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci il ilin ilk 8 ayı ilə müqayisədə 47,9 milyon ABŞ dolları və yaxud 57,8 % çoxdur.
8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.
"Azəralüminium" əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.
Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. "Azəralüminium"un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı













