Qazaxıstanda "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları"nın rəhbərləri saxlanılıb
Qazaxıstanda "Samruk-Kazına" fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyev saxlanılıblar.
"Far.Az"un Qazaxıstan bürosunun respublikanın Milli Təhlükəsizlik Komitəsinə istinadən verdiyi məlumata görə, saxlama əməliyyatını noyabrın 11-də Komitənin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları həyata keçiriblər.
Hər iki təşkilatın rəhbərləri ilə birlikdə korrupsiya cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də saxlanılıb.
Qurumun məlumatına görə, hazırda işin bütün hallarının müəyyən edilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır.
Qeyd edilib ki, dövlət başçısının tapşırıqlarının icrası və korrupsiyaya qarşı mübarizə işi davam etdirilir.
Ehtimal olunan korrupsiya cinayətinin konkret halları və işin digər təfərrüatları hələ ki, açıqlanmır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Eljas Otınşiyev "Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin rəhbəri təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













